Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:59

Al-Jazeera müxbiri evinə dönür


Peter Greste Brisben aeroportunda
Peter Greste Brisben aeroportunda

-

Misirdə həbsdən buraxılmış Al-Jazeera əməkdaşı Peter Greste fevralın 5-də Avstraliyadakı evinə çatıb.

"Bunu o qədər arzulamışam ki," Greste Brisbendə jurnalistlərə deyib.

Greste həmkarları Baher Mohamed və Mohamed Fahmy ilə birlikdə saxta məlumat vermə və qadağan olunmuş Müsəlman Qardaşlığı ilə əməkdaşlıqda ittiham olunub.

O, 400 gün həbsdə qalandan sonra fevralın 1-də buraxılıb. Həmkarları hələ də həbsdədir.

Greste ailəsi və tərəfdarlarına azadlığa çıxmasına görə təşəkkür edib və deyib ki, qələm dostlarının buraxılması üçün əlindən gələni edəcək.

Al-Jazeera müxbirləri 2013-cü ildə Prezident Muhammad Morsi devriləndən sonra islamçı etirazçılara zorakı təzyiqləri işıqlandırmışdılar.


XS
SM
MD
LG