Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Bakının ən bahalı mənzilləri


«Hilton» oteli
«Hilton» oteli

-

Day.az saytı Bakıdakı bahalı evlərin siyahısını təqdim edib.

1. «Hilton» otelində mənzil - 1 800 000 manat. Üçotaqlı bu mənzilin sahəsi 183 kvadrat metrdir.

2. «Yeni Həyat Azure»da mənzil - 1 550 000 manat. Sahəsi 460 kvadrat metr olan bu mənzil kompleksdəki bir mərtəbəni əhatə edir.

3. «Clock Tower»də mənzil - 1 100 000 manat. Təmirsiz olan bu evin ümumi sahəsi 222 kvadrat metrdir.

4. «Port Baku Residence»də mənzil- 850 000 manat. 300 kvadrat metr sahəsi olan bu mənzilin 5 otağı var. Kompleksin 5-ci mərtəbəsində yerləşir.

5. «Jalə Plaza»da mənzil - 321 750 manat. Bu mənzil Bülbül prospektində yerləşir. Sahəsi 165 kvadrat metr olan üçotaqlı mənzil kompleksin 16-cı mərtəbəsindədir.

TƏRTƏR POLİSİNDƏ MÜƏMMALI ÖLÜM...

«Azadlıq» qəzeti yazır ki, Tərtər rayon Polis Şöbəsində müəmmalı şəkildə ölən 32 yaşlı Səbuhi Dünyamalıyevin yaxınları fevralın 4-də polis şöbəsinin qarşısına toplaşıblar.

Polislər iddia edir ki, narkotik ittihamı ilə saxlanılan Ağdam sakini Səbuhi Dünyamalıyev şöbədə özünü asıb.

Lakin mərhumun yaxınları deyilənlərin yalan olduğunu, Səbuhi Dünyamalıyevin işgəncə ilə qətlə yetirildiyini bildirir.

«Xəbər gəldi ki, özünü asıb. Bunun «nadzor»u hara baxırdı? KPZ-nin rəisi hara baxırdı? Rayonun rəisi hara baxırdı?» - mərhumun qohumu Əlövsət Dünyamalıyev bildirib.

Tərtər rayon Prokurorluğundan bildirilib ki, Səbuhi Dünyamalıyev istintaqın gedişi ilə bağlı Gəncə şəhərindən Tərtər rayon polis şöbəsinə etap olunub. Axşam saatlarında isə şöbənin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib.

Tərtər rayon Polis Şöbəsinin rəisi Rauf Məcidovun dediyinə görə, Səbuhi Dünyamalıyevin özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib.

MƏRKƏZİ BANK YANVARDA DAHA 1 MİLYARD İTİRİB

«Bizim Yol» qəzeti yazır ki, manatın kursunu saxlamaq dövlətin bankına baha başa gəlir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15 faizdən çoxunu itirib:

«Dekabr-yanvar aylarında ehtiyat 2.3 milyard dollar azalıb. Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Buna səbəb bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması nəticəsində devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Dövlət Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddətli təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə, avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payının dolların xeyrinə azalması müşahidə edilir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG