Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:12

Obama Dalai Lama ilə bir tədbirə qatılacaq


Dalai Lama

-

Fevralın 5-də ABŞ prezidenti Barack Obama Vaşinqtonda Dalai Lama ilə bir tədbirə qatılacaq.

Obama səhər yeməyində din azadlığının vacibliyindən danışacaq, Tibetin sürgündə olan dini lideri də həmin tədbirdə iştirak edəcək.

Çin fevralın 2-də Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Dalai Lama ilə hər hansı ölkənin "istənilən formada" görüşünə qarşıdır.

Pekin Lamanı müstəqil Tibet yaratmaq istəyini təhlükəli sayır, onu ölkəni parçalamaq niyyətini pisləyir.

Ağ Ev Obamanın Dalai Lama ilə "yaxşı münasibəti olduğunu" deyir, ancaq onların təkbətək görüşəcəyi barədə məlumat yoxdur.

Obama Lama isə üçüncü görüşünü ötən ilin fevralında Vaşinqtonda keçirib.

Nobel Sülh Mükafatı laureatı olan Dalai Lama deyir ki, Tibetə muxtariyyət istəyir və hər hansı zorakılığa qarşıdır.

XS
SM
MD
LG