Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

Tayvanda baş verən təyyarə qəzasında sağ qalanlar var


Foto arxiv
Foto arxiv

Tayvanda baş verən təyyarə qəzası nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

Tayvanın TransAsia hava yollarına məxsus təyyarə fevralın 4-də paytaxt Taypey yaxınlığında körpüyə dəyərək Keelung çayına düşüb.

Təyyarədə 58 nəfərin olduğu bildirilir.

Təyyarə Taypeydən Kinmen adasına uçurmuş.

Bir neçə sərnişin xilas edilib, qalanları isə itkin düşmüş hesab olunur.

Məlumatlara görə təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Rəsmilərin sözlərinə görə sərnişinlərin əksəriyyəti Çindən olan turistlərdir.

TransAsia şirkətinə məxsus başqa bir təyyarəninötən ilin iyulunda Penghu adasında qəzaya düşməsi nəticəsində 48 nəfər öldü.

Həmçinin AirAsiya şirkətinə məxsus təyyarənin dekabrın 28-də İndoneziyadan Sinqapura uçarkən dənizə düşməsi nəticəsində 162 adam ölüb.

XS
SM
MD
LG