Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

Lənkəranda ana doğuş zamanı ölüb


Foto: Arxiv
Foto: Arxiv

-

Lənkəran Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı ana ölüb. Cəlilabad rayonunun Alar kənd sakini, 29 yaşlı Rəhimə Nuriyeva 3-cü dəfə idi ki, ana olurmuş.

Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, faktla bağlı araşdırma aparılır. Nazirliyin açıqlamasına görə, qadın xəstəxanaya qanaxma ilə gətirilib və dərhal əməliyyata götürülüb. İlkin diaqnozlara görə, ananın ölümünə səbəb qanaxmadan yaranan şok olub, amma ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

Körpə sağ qalıb, həkimlər onun vəziyyətini qənaətbəxş sayırlar.

XS
SM
MD
LG