Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Robin Williams-ın mirası üstündə dava düşdü


Robin Williams
Robin Williams

-

Bir neçə ay qabaq intihar etmiş məşhur komediya ustası Robin Williams-ın mirası üstündə dava düşüb.

Williams-ın sonuncu həyat yoldaşı Susan Schneider məhkəmədə iddia qaldırıb və aktyorun əvvəlki arvadlarından olan övladlarını ittiham edir.

Bildirir ki, Williams öləndən sonra onun övladları icazəsiz evdən müxtəlif əşyalar aparıblar: aktyorun qrafik roman, daşlaşmış heyvan qalıqları, film personajlarının fiqurları və maska kolleksiyalarını. Zinət əşyalarını, Oscar mükafatını.

Susan Schneider deyir ki, ərinin vəsiyyəti ilə həmin əşyalar ona qalmalıdır.

Aktyorun 3 övladı isə Susan Schneider-i acgözlükdə suçlayıblar. Onlar iddia edirlər ki, həmin əşyalar Schneider-in evində olmayıb və onlar ataları öləndən sonra həmin evə getməyiblər.

Robin Williams-ın vəsiyyətinə görə, onun demək olar ki, bütün var-datı övladlarına qalmalıdır, 2011-ci ildə ailə qurduğu Schneider-ə isə Kaliforniyadakı 7 milyon dollarlıq ev və evin içindəkilər çatır.

Guardian-a istinadla OxuZalı

XS
SM
MD
LG