ABŞ və müttəfiq ölkələrin təyyarələri son 24 saat ərzində İslam Dövləti yaraqlılarının İraq və Suriyadakı mövqelərinə 14 zərbə endiriblər.
Əməliyyatlara nəzarət mərkəzindən verilən məlumata görə, İraqda zərbələr Bayci,Tal-Afar,Əl Fəllücə və Mosul şəhərindəki hərbi birləşmələr və nəqliyyat vasitələrinə endirilib.
Suriyada isə əsas hədəf yaraqlıların əlində olan Hasaka rayonundakı neft qurğusu olub.
Bundan başqa Rakka ətrafında nəqliyyat vasitələri və 1 bina, habelə Kobani ətrafındakı hərbi birləşməyə zərbələr endirilib.