Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 22:50

NATO-nun baş katibi Jens Stoltenberg Sergei Lavrovla görüşəcək


Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberglə (Yens Stultenberq) Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında görüş gözlənilir.

Bunu fevralın 3-də NATO-nun sözçüsü Oana Lungescu deyib.

O bildirib ki, Stoltenberglə Lavrov fevralın 6-da Münhendə başlayacaq 3 günlükbeynəlxalq təhlükəsialik konfransı çərçivəsində bir sıra ikitərəfli danışıqlar aparacaqlar.

Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki böhrana görə NATO ilə Rusiya arasında münasibətlər soyuq müharibə dövründə olduğu kimi gərginləşib.

Stoltenberg həmçinin konfrans çərçivəsində Ukrayna prezidenti Petro Poroshenko və digər rəsmilərlə görüşəcək.

Qərb Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyanı , Rusiya isə Kiyevlə Qərbi günahlandırır.

XS
SM
MD
LG