Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

Ukraynanın şərqində 5 358 nəfər ölüb,12 mindən çox adam yaralanıb


Foto arxiv
Foto arxiv

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5 358 nəfərdən çox adam ölüb, 12 mindən çox adam isə yaralanıb.

Bu barədə fevralın 3-də BMT-nin insan haqları üzrə ali komissarı Zeid Raad Al Hussein məlumat verib.

O bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

Onun sözlərinə görə təkcə yanvarın son 3 həftəsi ərzində azı 224 nəfər ölüb, 545 nəfər isə yaralanıb.

Komissar xəbərdarlıq edib ki, hərbi əməliyyatların genişlənməsi 5 milyondan çox sakinin yaşadığı bu bölgədə faciə ilə nəticələnəcək.

Həmçinin BMT-nin baş katibi Ban Ki Moonun müavini Yan Eliasson fevralın 2-də Avropa Parlamentinin xarici məsələlərkomitəsində çıxış edərkən deyib ki, vəziyyətin kəskinləşməsinə yol vermək olmaz.

XS
SM
MD
LG