Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:59

Serbiya ilə Xorvatiya bir-birinə qarşı soyqırım törətməyiblər


Foto arxiv
Foto arxiv

Serbiya ilə Xorvatiya 1991-1995-ci ildə Xorvatiya keçmiş Yuqoslaviyadan ayrılarkən baş verən müharibədə bir-birlərinə qarşı soyqırım törətməyiblər.

Bunu fevralın 3-də BMT-nin Haaqadakı hərbi tribunalında baş hakim Peter Tomka bəyan edib.

O qeyd edib ki, tərəflər buna sübut göstərə bilməyiblər.

Zaqreb 1999-cu ildə Serbiyanı soyqırım ittihamı ilə məhkəmə vermişdi.

Xorvatiya Serbiyanı həmin müharibə dövründə etnik təmizləmə siyasəti yeritməkdə günahlandırır.

Belqrad isə buna cavab olaraq 2010-cu ildə Xorvatiyanı məhkəməyə verib.

Serbiya Xorvatiyanı 200 min etnik serbin Xorvatiyadan qovulmasında ittiham edir.

XS
SM
MD
LG