Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

93 yaşlı Osventsim keşikçisinin məhkəməsi olacaq


“Osventsim” ölüm düşərgəsinin keçmiş keşikçisi 300 min nəfərin qətlində iştirak ittihamı ilə aprel ayında məhkəmə qarşısına çıxarılacaq.

“Osventsim hesabdarı” ləğəbi ilə tanınan 93 yaşlı Oskar Groening birbaşa olaraq məhbuslardan alınmış əskinasları saymaqda təqsirli bilinir.

Bu düşərgədə əksəriyyəti yəhudilər olmaqla 1, 1 milyon adam məhv edilib.

Məhkəmə Almaniyanın şimalındakı Lueneburq şəhərində keçiriləcək.

Ölüm düşərgəsinin sağ qalmış 55 qurbanı və ölənlərin qohumları iddiaçı qisminə təmsil olunacaqlar.

Lueneburq məhkəməsindəki müstəntiqlər bildirirlər ki, Groening həmçinin qurbanların əşyalarının gizlədilməsinə görə mühakimə edilməlidir.

Əşyalar ona görə gizlədilməli idi ki, düşərgəyə yeni gətirilənlər onlardan əvvəl gələnlərin taleyindən xəbər tutmasınlar.

Osventsim düşərgəsində 21 yaşından işləyən Groening kütləvi qətllərin şahidi olduğunu inkar etmir, lakin iddia edir ki, bu ölümlər məhz onun düşərgədə olduğuna görə baş verməyib.

XS
SM
MD
LG