Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21

Qubad İbadoğlu və Ellada Məmmədli xəbərdarlıq alıblar


Musavat partiyasının qurultayı. (Soldan sağa) Qubad İbadoğlu, Arif Hacılı, İsa Qəmbər. Sentyabr 2014
Musavat partiyasının qurultayı. (Soldan sağa) Qubad İbadoğlu, Arif Hacılı, İsa Qəmbər. Sentyabr 2014

-

Fevralın 2-də Müsavat Partiyasının Divanı partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğluna xəbərdarlıq edib. Bu haqda AzadlıqRadiosuna partiyadan məlumat verilib. Səbəb kimi bildilir ki, Qubad İbadoğlu üzrlü səbəb olmadan Müsavat Divanınının iclaslarını buraxır. Bunu hörmətsizlik kimi qiymətləndirən Divan üzvləri növbəti toplantıda iştirak etməyəcəyi təqdirdə Qubda İbadoğlu haqqında intizam tədbiri görüləcəyi haqda qərar qəbul ediblər.

AzadliqRadiosunun məlumatına əsasən yığıncaqda həmçinin Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq olunub. Onun nizamnəmə pozuntularında günahlandırıldığı bildirlir.

Qubad İbadoğlunun da başqanlığa namizəd olduğu Müsavat Partiyasının son qurultayından sonra partiyanın daxilində mübahisələr yaranmışdı.

XS
SM
MD
LG