Almaniyanın kansleri Angela Merkel Macarıstanın baş naziri Viktor Orbanı müxalifət, vətəndaş cəmiyyəti və Kivlərin rolunu qiymətləndirməyə çağırıb.
O Budapüştdə Orbanla keçirdiyi mətbuat konfransında bildirib ki, cəmiyyət bu qrupların yaxşı yol uğrunda bir-biri ilə mübarizəsi nəticəsində inkişaf edir.
Merkelin bu səfəri Rusiya prezidenti Vladimir Putinin Macarıstana gözlənilən səfərindən 2 həftə əvvələ təsadüf edir.
Fevralın 1-də Macarıstan parlamentinin qarşısında Ölkənin tam Avropa Birliyi məkanında qalması və Rusiyadan kənar olmasını tələb ediblər.
Viktor Orban Avropanın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir.
Eyni zamanda kremilpərəst görsəndiyinə görə o Qərbin tənqidi ilə üzləşib.
Baş nazir ötən ilin iyulunda bəyan edib ki, qeyri-liberal dövlət naminə lideral demokratiyadan imtina etmək istəyir və buna misal kimi Rusiya ilə Türkiyəni göstərib.