Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:27

Ukrayna ordusu 5 əsgərinin öldüyünü bildirir


Foto arxiv
Foto arxiv

Ukrayna ordusu son 24 saat ərzində Donetsk və Luhansk vilayətlərində 5 əsgərinin həlak olduğunu, 29-nun yaralandığını xəbər verir.

Ordunun sözçüsü Vladyslav Selezyov hökumət qoşunlarının nəzarətində olan Debaltsevo şəhəri ətrafında intensiv savaş getdiyini deyir.

Rusiyapərəst separatçılar isə 11 mülki sakinin öldüyünü xəbər verirlər.

Yanvarın 31-də aparılan sülh danışıqlarından sonra vəziyyət daha da kəskinləşib.

Separatçılar buna görə, Kiyevi günahlandırır.

Ukrayna ilə ATƏT isə Minskdə əldə edilmiş atəşkəsin pozulmasına görə, separatçıları günahlandırırlar.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5 mindən çox adam ölüb.

XS
SM
MD
LG