Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:49

Türkmənlər İranın balıqçı qayığını batırıb


Türkmən balıqçı

-

Türkmənistan donanmasına məxsus gəmi İranın balıqçı qayığına atış açıb, balıqçılardan biri ölüb, qayıq isə batıb. Bu barədə İranın "Tehran Times" qəzeti fevralın 1-də yazıb.

İnsident dekabrda baş verib. Türkmənistan donanmasının "ilkin xəbərdarlıq etmədən Xəzər dənizində bir neçə balıqçıya atəş açdığı" bildirilir.

IRNA-nın məlumatına görə, sağ qalan iranlı balıqçılar türkmən qüvvələr tərəfindən saxlanıb və "onların taleyi barədə dəqiq məlumat yoxdur".

IRNA bu hücumu "diplomatik normaları aşan və beynəlxalq hüquqa zidd addım", Iran Daily isə "beynəlxalq konvensiyalara zidd" adlandırıb.

İran və Türkmənistan arasında belə insidentlər nadir hallarda baş verir. Ancaq Xəzər dənizi getdikcə Əfqanıstandan gələn narkotik maddələr üçün tranzit yoluna çevrilir.

Xəzəryanı dövlətlər donanma və dəniz təhlükəsizlik qüvvələrini gücləndirirlər.

XS
SM
MD
LG