Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:32

Ronaldo, yoxsa dilənçi? Balaca oğlan gözlərinə inanmır [Video]


- Bu hadisə Madridin mərkəzində, şəhəri gəzən turist və yerli sakinlərin gözü qarşısında baş verdi. Onlardan bəziləri onu hətta videokameraya da çəkməyə macal tapırlar. Çəkilən videolar isə internetə yerləşdiriləndən sonta yüz minlərlə adam tərəfdindən izlənib.

Kiçik oğlanla oynayan dilənçi topla peşəkar futbolçu kimi davranır. Onun bu qabiliyyətinə bəlkə Ronaldo özü də həsəd aparardı. Bir məsələ olmasaydı...

Bir qədər oynayandan sonra dilənçi özünü təqdim edir. Oğlan gözlərinə inanmır:

​Bu ki, Christhanio Ronaldonun özüdür!

Elədir ki, var - məşhur futbolçu təğyiri-libas imiş, qiyafəsini dəyişibmiş.

Küçə futboluna görə oğlana təşəkkür edən Ronaldo topu imzalayıb ona bağışlayır. Bu, bəlkə də dünyanın ən qeyri-adi avtoqrafı ola bilərdi.

Onun əhəmiyyəti Ronaldo üçün bəlkə də kiçik epizoddur.

Amma madridli oğlan yəqin bu ki, bu dəqiqələri bütün ömrü boyu xatırlayacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG