Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Avropa Birliyi Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəyindən narahatdır


avroparlamentin
avroparlamentin

"Yunanıstanın Rusiya ilə yaxınlaşmaq istəyi məni çox narahat edir"

Bunu Avropa Parlamentinin rəhbəri Martin Shultz bildirib.

Onun sözlərinə görə, Yunanıstanın yeni hökuməti bir qədər təcrübəsizdir.

Buna görə də ölkəyə yardım edən Avropa Birliyi ilə əlaqələrə lazımınca qiymət vermir.

Bundan başqa Shultz bildirib ki, yeni baş nazir Alexis Tsipras Almaniyanın kansleri Merkeli hədəfə almağı dayandırmalıdır. Çünki Yunanıstana yardımların ayrılması işinin başında Almaniya dayanır.

Shultz Yunanıstana verilən borcun silinməsi ideyasına da mənfi baxır.

Yunanıstanın yeni hökuməti bildirir ki, ölkə heç vaxt altından çıxa bilməyəcəyi borc yükü altındadır və bu məsələyə yenidən baxılmalıdır.

Bu arada Rusiya da Yunanıstana yardım etməyə hazır olduğunu deyib.

XS
SM
MD
LG