Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 15:33

Nyu York opera səhnəsində Putini Hitlerə bənzətdilər


Ankarada etiraz aksiyası. Arxiv foto

-

Nyu York-da Metropolitan Operasında bir etirazçı səhnəyə dırmaşıb və Putinə Ukraynaya görə etiraz edib. Operada Rusiya klassik ifaçıları Anna Netrebko və Valery Gergiev-in konserti gedirmiş.

Netrebko ötən il Ukraynadakı separatçıların lideri Oleg Tsaryov-la birlikdə göründükdən sonra tənqid olunub. Gergiev isə Rusiyanın mədəniyyət nazirliyinə açıq məktubunda Kremlin Ukrayna siyasətinə "möhkəm" dəstəyini bildirib.

Ukraynapərəst fəal Roman Torgovitsky səhnədə Putin və Adolf Hitlerin fotoları olan plakat qaldırıb və dərhal da həbs olunub. Bu barədə dostu AzadlıqRadiosuna məlumat verib.

Torgovitsky ilə əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG