Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 11:05

Rusiya səfiri Britaniya xarici işlər nazirliyinə çağrılıb və ondan rus hərbi təyyarələrinin La-Manş boğazı üzərindən, beynəlxalq hava məkanında, amma Britaniya ərazisinə yaxın uçması ilə bağlı izahat istənilib.

Britaniya deyir ki, rus hərbi təyyarələrinin uçuşu mülki aviasiya üçün manelələr yaradıb.

Britaniyanın "Tayfun" qırıcı təyyarələri dərhal havaya qaldırılıb və onlar rus bombardmançı təyyarələrini yarım saat müşayiət ediblər.

Amma Britaniya Müdafiə Nazirliyi rus təyyarələrinin onun hava məkanına girmədiyini də təsdqiləyir.

Rusiya bildirib ki, bombardmançıların uçuşları neytral sular üzərində uçuş haqda beynəlxalq normalara uy\un aparılır. Heç bir ölkənin hava məkanına müdaxilə edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG