Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Erməni tərəfi Dağlıq Qarabağda pilotsuz aparatın vurulmadığını deyir


Foto arxiv
Foto arxiv

Erməmnistan tərəfi Dağlıq Qarabağ yaxınlığında pilotsuz aparatın vurulması barədə Azərbaycan tərəfinin məlumatını təkzib edir.

Separatçı Dağlıq Qarabağ rejiminin hərbçiləri yanvarın 29-da AzadlıqRadiosunun erməni xidmətinə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın yalan olduğunu deyiblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində Ermənistan Ordusuna məxsus pilotsuz aparat Hərbi məhv edilib.

Son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Azərbaycanın Müdafiə Nazirliyi yanvardan bu yana baş verən atışmalarda azı 17 erməni əsgərinin öldüyünü bildirir.

Nazirlik həmçinin bu müddət ərzində 3 Azərbaycan əsgərinin halk olduğunu deyir.

Ermənistan tərəfi isə Azərbaycanın daha çox itki verdiyini deyir.

Azərbaycan bunu rədd edir.

XS
SM
MD
LG