Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 11:05

Ötən ilin martında itən Malayziya təyyarəsi qəzaya uğrayıb


Foto arxiv

Malayziya hakimiyyəti ötən ilin martında itən sərnişin təyyarəsinin qəzaya uğradığını bəyan edib.

Mülki Aviasiya İdarəsinin rəhbəri Ajaruddin Abdul Rakhman təyyarədə olan 239 sərnişin və heyət üzvlərinin həlak olduğunu bildirib.

O qeyd edib ki, buna görə, ölənlərin ailələri və yaxınlarına kompensasiya verilə bilər.

Rakhman deyib ki, təyyarənin axtarışı davam etdirilir.

Kuala-Lumpurdan Pekinə uçan Boinq 777 təyyarəsu 2014-cü il martın 8-də yoxa çıxıb.

XS
SM
MD
LG