Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

Amal Clooney Ermənistana vəkillik edir- [Video]


Amal Clooney Ermənistana vəkillik edir
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Amal Clooney Ermənistana vəkillik edir

.

29 yanvar xarici medianın icmalı

People.com yazır ki, Golden Globes mərasiminə əri George Clooney ilə birlikdə qatılandan sonra Amal Clooney ağ əlcəklərini taxıb işə başlayır. O, Strasburqda Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın maraqlarını təmsil edir.

Amal Clooney vəkildir və ötən il aktyor George Clooney ilə ailə qurub.

Məhkəmə Avropa Məhkəməsinin 2013-cü il tarixli qərarına baxır. Məhkəmə qərar çıxarmışdı ki, İsveçrənin iddia olunan «erməni soyqırımı» açıq şəkildə inkarını qadağan etməsi ifadə azadlığının pozulmasıdır.

İsveçrə qərardan şikayət verib. Bu məhkəmənin qərarı «soyqırım» inkarını yasaqlamağa çalışan digər Avropa ölkələrinə, məsələn Fransaya da təsiri olacaq.

36 yaşlı Clooney Türkiyənin ifadəsini təkzib etməli olacaq. Türkiyə ermənilərin iddialarını qəbul etmir. Ermənilər 1915-1923-cü illər Osmanlı İmperiyası dövründə soyqırım və deportasiya ilə üzləşdiklərini deyirlər.

People.com yazır ki, bu, Clooney-nin 2015-ci ildə ilk böyük işidir. O, ötən il Yunanıstanı Britaniya Muzeyinə qarşı işdə təmsil edib. Daha sonra isə Misirdə həbs olunmuş 3 Al Jazeera jurnalistindən birini müdafiəsini qurub.

ZƏİF AMERİKA İNSAN HAQLARI FƏLAKƏTİ DEMƏKDİR...

Jennifer Rubin "Washington Post"-dakı məqaləsində keçmiş milli təhlükəsizlik müşavirinin köməkçisi Elliott Abrams-dan sitat gətirir. Abrams dünyada insan haqlarının kütləvi pisləşməsini üzə çıxaran Freedom House-un hesabatına əsaslanır, deyir ki, "azadlıqların geriləməsi və Amerikanın gücünün azalması üst-üstə düşür. Üstəlik, azadlığın kiçilməsi ilə ABŞ hökumətinin azadlığı irəlilətmək marağı da üst-üstə düşür. Bunun bir təsadüf olmasına inanmaq çətindir".

Arxiv fotosu
Arxiv fotosu

Müəllif yazır ki, ABŞ-ın zəifləməsinin insan haqları pozuntularına yol açması və bu pozuntuların gözardı edilməsinin ABŞ-ın nüfuzunu zəiflətməsinə dair misallar çoxdur. Əvvəla, Suriyada administrasiya Bashar al-Assad-ın devrilməsi üçün addım atmadı. Nəticədə bu ölkədə 200 min adam həlak olub. "Cihadçılar ölkəyə dolmamışdan Assad-ı devirə bilərdikmi?" deyə müəllif soruşur.

İkincisi, prezident Rusiyanın Ümumdünya Ticarət Təşkilatına buraxmasaydı, Suriya məsələsini Rusiyaya həvalə etməsəydi, ukraynalıları silahlandırmaqdan imtina etməsəydi, Putin özünü bu qədər təcavüzkar apara bilərdimi?

QAZAXISTANDA YÜRÜŞLƏR QADAĞAN OLUNUB

Qazaxıstan Ukraynada yaranmış qarışıqlıqdan ehtiyatlanaraq dinc yürüşlərə qadağa qoyub. Bunu BMT-nin xüsusi məruzəçisi Maina Kiai deyir.

Qazaxıstandan səfərdən qayıdan Kiai bildirir ki, Nursultan Nazarbayev Ukrayna münaqişəsində sülhyaratma rolunu oynamağa qərar verib.

"Görüşdüyüm bir çox rəsmilər bildirdilər ki, Ukraynadakı hadisələr kimi inqilab qorxusundan dinc aksiyaların məhdudlaşdırılması gərəkir," Kiai deyib.
"Mən bunu etiraz hüququnu məhdudlaşdırmaq üçün qanuni əsas kimi qəbul etmirəm," məruzəçi sözlərinə əlavə edib.

Qazaxıstan rəsmiləri hələlik deyilənləri şərh etməyiblər.
Kiai həm də bu ay etdiyi səfər zamanı görüşdüyü şəxslərin polis nəzarətinə alınması barədə məlumatlardan "dərin təəssüf hissi keçirdiyini" vurğulayıb.

ÇAR PUTİNİN NÖVBƏTİ ADDIMLARI

Thomas L. Friedman The New York Times-da yazır ki, ötən ilin martında ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumunu Hitlerin 30-cu ildəki hərəkətləri ilə müqayisə edəndə, bu müqayisəni aşırı sayıb. "Daha belə düşünmürəm. Xanım Klintonun müqayisəsi Putinin Ukraynada etdiyi dəhşətli şeylərə diqqəti yönəldir. "

Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət katibi Hillary Clintonla görüş zamanı (Vladivostok 8 sentyabr 2012)
Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət katibi Hillary Clintonla görüş zamanı (Vladivostok 8 sentyabr 2012)

Müəllif Ukraynanın əhəmiyyətindən yazaraq qeyd edir ki, Ukrayna neftin qiymətlərinə də təsir göstərə bilər. Bu gün neftin qiymətini iki böyük oyunçu Səudiyyə kralı Salman və Rusiya çarı Putin müəyyənləşdirir. Səudiyyəlilər istehsalı azaltmağa qərar versələr, qiymət qalxacaq. Putin Ukraynanı, yaxud ən pisi, Baltik ölkələrindən birini tam işğal etməyi qərara alsa, neft yenə qalxacaq. Putin rejimi tamamilə neft və qaz ixracından asılıdır. Putinin Ukrayna ya Baltik ölkəsini işğal etməsi versiyası aşağı olsa da, tam çıxdaş da edilmir. Müəllifin fikrincə, NATO ilə böyük geo-siyasi böhran yaratmaq neftin qiymətini silkələmək istəyən Putin üçün rahat yoldur.

XS
SM
MD
LG