Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:31

Rusiya baş naziri "antiböhran planı" imzalayır


Arxiv foto
Arxiv foto

-

Rusiyanın baş naziri Dmitry Medvedev Rusiya üçün antiböhran planı imzalayıb.

Planın tam mətni yanvarın 28-də hökumətin saytında yerləşdiriləcək.

Qərbin iqtisadi sanksiyaları, aşağı neft və qaz qiymətləri Rusiya iqtisadiyyatını zəiflədib. Bu il iqtisadiyyatın 4-5 faiz azalacağı gözlənir.

Maliyyə naziri Anton Siluanov yanvarın 27-də deyib ki, antiböhran planı hökumətin xərcini donduracaq və struktur islahatlar təqdim edəcək.

Yanvarın 28-də Medvedev Rusiya regional administrasiya rəhbərləri ilə görüşündə planı izah edəcək.

XS
SM
MD
LG