Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 14:05

Kosovoda onlarla yaralanan var


Etirazçılar su şırnağı ilə dağıdılır

-

Yanvarın 27-də Kosovoda polislə on minlərlə etirazçı toqquşub, onlarla yaralanan var. Etirazçılar etnik albanları təhqir etməkdə günahlandırılan Serb nazirin işdən çıxarılmasını tələb ediblər.

Polis paytaxt Priştinada hökumət binası qarşısında daş atan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Azı 80 nəfər yaralanıb, 150 nəfər saxlanıb. Yaralıların 50-si polis əməkdaşlarıdır.

Əmək və Sosial Rifah naziri Aleksandar Jablanovic baş nazir Isa Mustafa-nın kabinetində 3 etnik serb nazirdən biridir. İki həftə öncə Jablanovic bir qrup albana "vəhşi" deyib. Həmin albanlar serb zəvvarların pravoslavların Milad günündə Kosovonun qərbində monastıra ziyarətinə mane olublar. Qrup zəvvarlar arasında "hərbi cinayətkarların" olduğunu bildirib.

Jablanovic ifadəsinə görə üzr istəyib.

XS
SM
MD
LG