Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:29

Dunja Mijatovic-dən hüquqşünas Günay İsmayılova ilə bağlı Bakıya çağırış


Dunja Mijatović
Dunja Mijatović

.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycan hakimiyyətini hüquqşünas və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini Günay İsmayılovanın təhlkükəsizliyinə təminat verməyə çağırıb.

Yanvarın 26-da naməlum adam ona Bakıdakı evinin girəcəyində hücum edib.

Bu barədə hüquqşünasın özü məlumat yayıb və bu barədə polisə məlumat verib.

Dunja Mijatovic bildirib ki, Azərbaycan hakimiyyəti bu hücumla bağlı hərtərəfli araşdırma aparmalı və onun təhlükəsialiyini təmin etməlidir.

O həmçinin bir daha ümumilikdə Azərbaycanda media azadlığı sahəsində vəziyyətin sürətlə pisləşməsi, xüsusilə AzadlıqRadiosu və RATİ-nin Bakı ofislərində keçirilən reydlərdən narahatlıq bildirib.

Dunja Mijatovic jurnalist Xədicə İsmayıl və hüquq müdafiəçisi Rəsul Cəfərov da daxil olmaqla Azərbaycanda həbsdə olan bütün jurnalist və ictimai fəalları azad etməyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG