Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Ukrayna hökuməti ölkədə gücləndirilmiş rejim elan edib


Arseniy Yatsenyuk və Serhiy Bochkovskiy
Arseniy Yatsenyuk və Serhiy Bochkovskiy

Ukrayna hökuməti bütün ölkə boyu gücləndirilmiş rejim elan edib.

Hökumət həmçinin separatçı Donetsk və Luhansk vilayətlərində rəsmi şəkildə fövqəladə vəziyyət rejimi elan edib.

Bunu Ukraynaın baş naziri Arseniy Yatsenyuk yanvarın 26-da hökumət iclasında deyib.

Ukrayna ordusu son 24 saat ərzində ölkənin şərqində gedən atışmalarda 9 əsgərinin həlak olduğunu, 29-nun isə yaralandığını bildirir.

Bunu ordunun sözçüsü Vladyslav Seleznyov yanvarın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən ağır döyüşlər Debaltseve şəhəri yaxınlığında gedir.

Bu şəhər yaraqlıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşir.

Bu Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra ən pis vəziyyətdir.

XS
SM
MD
LG