Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:31

-

Ukrayna ordusunun sözçüsü deyir ki, son 24 saatda ölkənin şərqində atışmalarda 9 əsgər həlak olub. Vladyslav Seleznyov yanvarın 27-də Kiyevdə mətbuat konfransında danışıb. O, 29 hərbçinin də yaralandığını sözlərinə əlavə edib.

Seleznyov deyir ki, ən ağır döyüşlər Debaltseve şəhəri yaxınlığında gedir. Bu şəhər yaraqlıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşir.

Sentyabr atəşkəs sazişindən bəri Ukraynanın şərqində atışmaların ən intensiv dövrü başlanıb.

Mariupol şəhərinin raket atəşə tutulması nəticəsində 30 nəfər öldürülüb.

BMT yanvarın 26-da bildirib ki, raketlər separatçıların nəzarətində olan ərazidən dinc sakinlərə atılıb.

XS
SM
MD
LG