Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 09:24

Gürcüstanda tezliklə NATO təlim mərkəzi açılacaq


Gürcüstan hərbçiləri

-

NATO-nun baş rəsmisi deyir ki, alyans Gürcüstanda birgə təlim mərkəzinin açılması üzərində işləyir.

NATO baş katibinin müavini Alexander Vershbow yanvarın 26-da Brüsseldə Gürcüstanın Kanal 1 televiziyasına müsahibə verib. Onun sözlərinə görə, mərkəz bu ilin sonunadək Gürcüstanda işə başlayacaq.

Vershbow onu da qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olmaq üçün gərəkən hər şeyi var. Bütün vacib mexanizmlər alyansın ötən sentyabrda Uels sammitində genişləndirilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Vershbow yanvarın 29-30-da Tbilisiyə səfər edəcək.

XS
SM
MD
LG