Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:41

Almaniya əfqanlara 1 milyon dollardan artıq ödəniş edib


Almaniya kansleri Angela Merkel və Əfqanıstan prezidenti Ashraf Ghani
Almaniya kansleri Angela Merkel və Əfqanıstan prezidenti Ashraf Ghani

-

Almaniya bildirir ki, Əfqanıstanda döyüşlərin vurduğu ziyana görə bu ölkəyə 1.1 milyon dollar (900 min avro) ödəyib.

Məlumatı dpa agentliyi yanvarın 25-də gördüyü bir hesabata əsasən yayıb.

Müdafiə Nazirliyinə aid bu rəqəm 2002-ci ilin əvvəlindən 2014-cü ilin avqustuna qədər olan dövrü əhatə edir.

Bu məbləğin yarıdan çoxu - 601 min dollar 2009-cu ilin sentyabrında Almaniyanın Kunduz vilayətində iki tankeri bombalamasına görə ödənib. Həmin hadisədə 100 nəfər ölüb. Hər ölənin ailəsinə 5 min dollar verilib.

503 min dollar heyvanların yaralanması və ya öldürülməsi, həmçinin mülkiyyətə ziyana görə ödənib.

Müdafiə Nazirliyi bu siyahını Die Linke partiyasından bundestaq üzvü Jan van Aken-in xahişi ilə hazırlayıb.

XS
SM
MD
LG