Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:32

Gərək elə əsər qoyub gedəsən ki, öləndən sonra nəslin xəcalət çəkməsin...


Azerbaijan - Azeri books
Azerbaijan - Azeri books

-

Bakı Kitab Klubu oxuculara çap etdiyi iki kitabı təqdim edir.

Victor Hügo, «Büq-Jarqal» (roman)

Məşhur fransız yazıcı Viktor Hüqo 1817-ci ildən əsl yaradıcılıq yoluna qədəm qoyur. Bu vaxta qədər ədəbi aləmdə şeirləri ilə tanınan Hüqo bir il sonra ilk böyük əsərinı - “Büq Jarqal” romanını yazır. Əsər ədəbiyyat aləminə nəhəng bir simanın gəldiyini xəbər verirdi. “Büq-Jarqal” (1826) romanında baş verən hadisələr fransızlara məxsus olan San-Dominqo müstəmləkəsində 1791-ci ildə baş qaldıran qaradərilərin üsyanı fonunda cərəyan edir. Üsyançıların başçısı Büq-Jarqal, rəhmli, müdrik və ədalətlidir.

Tərcüməçi: Mikayıl Rəfili

Əlibala Hacızadə, «Təyyarə kölgəsi» (roman)

Əlibala Hacızadə bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırır:

“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır.

Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum‐əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..”

Yazıçının “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin etirafıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG