Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 22:14

Ukrayna-NATO komissiyasının növbədənkənar toplantısı keçiriləcək


Ukrayna əsgərləri Donetskdə

Ukrayna NATO-ya müraciət edib ki, qarşılıqlı əlaqələrə cavabdeh olan komissiyanın növbədənkənar toplantısı keçirilsin.

Səbəb Donbasdakı münaqişənin yenidən qızışmasıdır.

Ukraynanın NATO-dakı missiyasının rəhbər müavini Yegor Bojok deyib ki, komissiyanın iclasının yanvarın 26-da keçiriləcəyi gözlənilir.

Son günlər separatçılar atəşkəsi pozaraq Ukrayna ordusunun nəzarətində olan bəzi əraziləri alıb.

Mariupol şəhərinə atılan bombalar isə 30 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG