Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:58

Bakıda günə təxminən 32 cinayət baş verir


.

BAKI POLİSİ İLƏ 12 MİNƏ YAXIN CİNAYƏT BAŞ VERDİYİNİ BİLDİRİR
Azertag agentliyi yazır ki, ötən il Bakıda 11 min 635 cinayət qeydə alınıb. (Bu da günə təxminən 32 cinayət deməkdir - red.) Agentllik bildirir ki, Bakı şəhər Baş Polis İdarəsi illik hesabatında bu cinayətlətin 84,6 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər olduğu deyilir.

Ötən il təqsirləndirilən şəxs qismində axtarışda olanların 73 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7 faizi tutulub.

Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabat dövründə 1 414 fakt üzrə qanunsuz dövriyyədən 230 kiloqram narkotik vasitə çıxarılıb. ​

Müzəffər Baxışıv
Müzəffər Baxışıv

CİNATƏTLƏRİN AÇILMA ÜSULLARI
Azərbaycanın hüquq-mühafizə orqanları cinayətlərin açılması üçün ilk növbədə döymə və digər işgəncə növlərindən istifadə edirlər. Bunu hüquqşünas Müzəffər Baxış "Azadlıq" qəzetinə müsahibəsində deyib:

“Hüquq-mühafizə orqanlarında çalışan, xüsusən əməliyyat-axtarış fəaliyyətilə məşğul olan əməkdaşlar işini təkmilləşdirmədiyi üçün, əsasən cinayətlərin zorakı üsullarla açılacağına əmin olduqlarına görə bilik-səviyyələrini artırmırlar.

Onlar cinayətlərin açılması üçün daha sivil metodlardan istifadə etmirlər. Cinayət baş verəndə və konkret şübhəli şəxs olanda ondan etirafedici ifadə almaq üçün işgəncəyə əl atırlar. Cinayətlərin 30%-nin açılmaması daha az təhlükəlidir, nəinki cinayət törətməmiş şəxsdən etirafedici ifadə almaq.”

DÖVLƏTİN 40%, ARDNŞ-NİN 60% PAYI
“Dövlət Neft Şirkətinin bütün layihələrini əhatə etməklə cəlb etdiyi kreditlərin həcmi 6,9 milyard ABŞ dolları civarındadır.”

Bunu “Bizimyol” qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkəti baş ofisinin İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Ənvər Qasımov deyib.

Şirkət rəsmisi bildirib ki, Türkiyədə "Star" Neft Emalı Kompleksinin tikintisi üçün təqribən 3.240-3.290 milyard ABŞ dolları məbləğində vəsait cəlb edilib:

“Ayrılan vəsait təqribən 18 il müddətinə ödəniləcək. "Star" zavodunun ümumi dəyəri 5,6-5,7 milyard dollardır. Burada 3,3 milyard dollara yaxın kreditdən əlavə səhmdarların özlərinin ilkin olaraq qoyacağı vəsait tələb olunur.

Artıq nizamnamə fonduna təqribən 1,5 milyard dollar vəsait yatırılıb. Nizamnamə fonduna ümumilikdə 2.3 milyard dollara yaxın pay qoyuluşu nəzərdə tutulub. Bunun da 1,5 milyardı "Star" Neft Emalı Zavodunun nizamnamə kapitalına mədaxil edilib. Burada dövlətin 40 faiz, ARDNŞ-in isə 60 faiz payı var.”

Prezident İlham Əliyev (sağda) George Soros-la görüş zamanı. İsveçrə, 22 yanvar 2015
Prezident İlham Əliyev (sağda) George Soros-la görüş zamanı. İsveçrə, 22 yanvar 2015

SOROS TƏKLİF EDİR
Prezident İlham Əliyev 2 gün öncə Davos İqtisadi Foruma qatılıb və çıxış edib. Prezidentin Davosda “Soros Fondu”nun təsisçisi Corc Sorosla görüşməsi daha çox diqqət çəkib. Məlumata görə, George Soros İlham Əliyevlə görüşdə prezidenti vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb. Politoloq Zəfər Quliyev "Yeni Müsavat" qəzetinə açıqlamasında bu çağırışı şərh edib:

“Cənab Sorosun təklifi də bununla bağlı idi ki, gərginliyi aradan götürmək lazımdır. Soros sadəcə öz mövqeyini bildirdi. Ancaq İlham Əliyevin təkliflərə münasibəti haqda hələlik heç nə deyilmir. Ancaq biz prezidentin siyasi xəttini bilirik ki, o, kiminsə siyasi xətti ilə hərəkət etmir. Ümid edirik ki, rəsmi Bakı praqmatik formada ortadakı amilləri nəzərə alaraq düzgün seçim edəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG