Zaqatalada yanvarın 24-ü səhər saatlarında Maqov kəndinin mədəniyyət evi və kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın olub.
APA informasiya agentliyinin xəbərinə görə yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısını almağa çalışırlar. Hələlik zərərçəkənlərin olub-olmaması barədə bəlumat yoxdur.
Fövqəladə Hallar Nazirliyindən bildirirlər ki, rayon mərkəzindən 10 km. aralıda yerləşən bu kənddə yanğın saat 10:30-da söndürülüb. Hadisə zamanı inzibati binanın bir otağının tavanı, içərisindəki əşyalar 20 kv.m sahədə və dam örtüyünün 40 kv.m sahəsi yanıb. Binanın qalan hissəsi yanğından qorunub.