Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Avro 11 ildə ən aşağı məzənnəyə endi


Avropanın vahid valyutası avro dollarla nisbətdə son on bir ildə ən aşağı həddinə enib.

Təhlilçlilər deyirlər ki, ilin əvvəlindən 7 faiz ucuzlaşmış avro bundan daha aşağı məzənnəyə enə bilər.

Onların fikrincə, avro 1999-cu ildə olduğu kimi dollarla 1-ə 1 məzənnəsinə enəcək.

Hazırda 1 avro 1, 1 dollardır.

Bu arada avrozonanın sənayeçiləri vahid valyutanın enməsindən maksimum fayda götürməyə çalışırlar. Avronun enməsi Avropadan ixracı daha sərfəli edir.

Məhz buna görə də bir çox iri şirkətlərin səhm qiymətləri artmağa başlayıb.

Məsələn, BMW-nun səhmləri 5 faiz, Peugeot Citroën-nin səhmləri 3, 7% qalxıb.

Avronun ucuzlaşması avrozonaya öz milli valyutalarına malik Avropa ölkələrindən turist axınını da artırıb.

XS
SM
MD
LG