Rusiyameylli separatçılar Ukraynanı Donetsk vilayətini tam ələ keçirməklə hədələyiblər.
Onların lideri Aleksandr Zakharchenko deyib ki, əsgərlərinə bundan sonra "əsir götürməmək" əmri verib.
Sülh cəhdləri hələ ki nəticə vermir.
Vasitəçilərdən biri - Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Zakharchenko-nu müharibə qızışdırıcılığında ittiham edib.
Hazırda separatçılar Donetsk vilayətinin Rusiya sərhədinə yaxın hissəsinə nəzarət edirlər.