Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:59

Rusiyanın ən yaxşı aktyorları seçildi


Aleksandr Zbruyev
Aleksandr Zbruyev

-

Aleksandr Zbruyev və Yelena Lyadova Rusiyanın ən yaxşı aktyorları seçildilər.

Rusiyada "Qızıl qartal" mükafatının qalibləri elan edilib.

Lyadova rejissor Andrei Zvyagintsevin hazırda "Oscar" mükafatına namizəd olan "Leviafan" filmində baş rolda çəkilib.

Sovet dövründən məşhur olan aktyor Aleksandr Zbruyev isə "Alekseyev haqqında kino" filmindəki roluna görə mükafatlandırılıb.

8 il əvvəl kinodan gedən Zbruyev istisnanı yalnız filmin rejissoru Mikhal Segal-a görə etdiyini deyib.

O, obrazı yaradarkən ilhamını, ömrünün sonunda bazarda tərəvəz satmağa məcbur olmuş xalq artisti Mikhail Kononovu xatırlayaraq aldığını söyləyib.

"Ən yaxşı film" nominasiyasında baş mükafatı Nikita Mikhalkovun "Günvurma" filmi qazanıb.

Günəş zərbəsi" filmi rus yazıçısı İvan Buninin eyniadlı hekayəsi əsasında çəkilib.

Mikhalkov baş rollara debütant aktyorları cəlb edib: Martins Kalita və Viktoriya Solovyovanı.

Onlar naməlum şəxsləri oynayırlar. Tamaşaçı axıracan onların adını bilmir. Gənclər paraxodda tanış olurlar. Hadisələr Vətəndaş Müharibəsi zamanı baş verir.

Mikhalkovun filminin rəqiblərindən biri də "Leviafan" idi.

"Leviafan" ən yaxşı montaja görə mükafatlandırılıb.

XS
SM
MD
LG