Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:20

NATO Ukraynanın şərqində vəziyyətin pisləşdiyini deyir


Philip Breedlove
Philip Breedlove

NATO bəyan edib ki, Ukraynanın şərqindəki rusiyapərəst separatçılar Ukrayna ordusunu qərbə tərəf sıxaraq ərazilərini genişləndirir.

Amerikalı general Philip Breedlove yanvarın 22-də Brüsseldə bəyan edib ki, ölkənin şərqindəki təmas xəttində vəziyyət yaxşı deyil.

Amma o bu ərazilərdəki Rusiya qüvvələri və hərbi texnika barədə dəqiq məlumat verməkdən boyun qaçırıb.

O qeyd edib ki, NATO Rusiya üçün təhlükə deyil, yalnızbeynəlxalq sərhədlər və ölkələr və millətlərin suverenliyi kimi Avropa normalarının bərpasına çalışır.

O Alyansın rusiyalı general , Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovla əlaqə qurmağa çalışacağını deyib.

XS
SM
MD
LG