Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Prokuror jurnalist Seymur Həziyə 6 il həbs cəzası istəyib


Seymur Həzi
Seymur Həzi

Yanvarın 22-də Abşeron Rayon Məhkəməsində jurnalist Seymur Həzinin məhkəməsi keçirilib.

Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəyib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin üzvü olduğu AXCP-dən məlumat verilib.

Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi məsələnin siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin üzvüdür.

XS
SM
MD
LG