Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:51

Yatsenyuk Donetskdə dins sakinlərin ölümünə görə Rusiyanı günahlandırıb


Arseniy Yatsenyuk
Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk yanvarın 22-də Donetskdə dinc sakinlərin ölümünə görə Rusiyanı günahlandırıb.

O bu hücumun Rusiya terrorçuları tərəfindən törədildiyini bildirib.

Agentliklərin məlumatına görə, Donetskdəki avtobus dayanacaqlardan birində baş verən partlayışda azı 6 nəfər ölüb.

Bəzi məlumatlarda isə ölənlərin 13 nəfər olduğu bildirilir.

Məlumatlara görə, dayanacağa mərmi düşüb.

Donetskdəki avtobus dayanacaqlardan birində baş verən partlayışda azı 6 nəfər ölüb.

Bəzi məlumatlarda isə ölənlərin 13 nəfər olduğu bildirilir.

Məlumatlara görə, dayanacağa mərmi düşüb.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib ki, bunun arxasında Rusiya qüvvələri durur.

Ukraynanın baş prokurorluğu terror ittihamı ilə cinayət işi açıb.

Prokurorluq buna görə cavabdehliyi rusiyapərəst separatçıların üzərinə atır.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, atəş yaraqlıların nəzarətində olan yaşayış məhəlləsindən açılıb.

XS
SM
MD
LG