Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

Obama Hollande-dan Paris hücumlarına dair istintaqı soruşub


-

ABŞ prezidenti Barack Obama fransalı həmkarı Francois Hollande ilə Parisdəki hücumlara dair istintaqı müzakirə edib.

Ağ Evin yaydığı bəyanatda deyilir ki, "Prezident Obama Fransa hökumətinə istənilən yardımı göstərməyə hazır olduğunu" bəyan edib.

Yanvarın 7-də Charlie Hebdo qəzetinə yaraqlıların hücumunda 12 nəfər ölüb. Daha beş nəfər isə iki gün ərzində öldürülüb.

İki lider Ukrayna böhranını da müzakirə edib və Ukrayna hökumətinə daha çox yardım ayrılmasına çağırıb.

Ağ Evin məlumatına görə, liderlər Nigeriyada durumu da müzakirə ediblər. Boko Haram ekstremistləri bu ölkədə dinc sakinləri qətlə yetirir.

Obama və Hollande İranla nüvə danışıqlarını və İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.

XS
SM
MD
LG