Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:24

Rus əsgəri Ermənistanda mühakimə olunacaq


-

Ermənistanda bir ailənin yeddi üzvünü qətlə yetirməkdə təqsirləndirilən rus əsgəri Ermənistan torpağında mühakimə olunacaq. Ancaq medianın yazdığına görə, onun işinə Rusiya hərbi məhkəməsi baxacaq.

Yanvarın 20-də yayılan xəbər çətin ki, etirazçıları sakitləşdirə bilsin. Onlar Valery Permyakov-un Ermənistana təhvil verilməsini tələb edirlər.

Rusiya Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin deyib ki, istintaq "Ermənistan torpağında aparılacaq". Ancaq o, əlavə edib ki, prosedur beynəlxalq hüquq, Rusiya qanunvericiliyi, Rusiya və Ermənistan arasında sazişlərlə tənzimlənəcək. Permyakov Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında xidmət keçirdi.

Rusiyanın Novaya Gazeta qəzeti və kavkaz-uzel.ru saytı Ermənistan hökumətindəki mənbələrə əsasən yazıb ki, məhkəməni Ermənistanda Rusiya hərbi tribunalı aparacaq.

XS
SM
MD
LG