Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Obama deyir ki, "böhran kölgəsi" keçib


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama illik çıxışında deyib ki, müharibə və geriləmə illərindən sonra "böhran kölgəsi keçib və dövlətin vəziyyəti möhkəmdir".

Obama ABŞ iqtisadiyyatının çətinliklə olsa da dirçəldiyini, işsizliyin 5.6 faizə düşdüyünü vurğulayıb, deyib ki, indi durğunluq və müharibə "səhifəsini çevirməyin" vaxtıdır.

Obama çıxışında özünün iqtisadi siyasətini əsaslandırıb, daha kasıblara kömək üçün varlı amerikalılardan daha çox vergi tutulmasından danışıb.

Prezident ABŞ Konqresini çağırıb ki, müasir limanlar, daha güclü körpülər, daha sürətli qatarlar və ən sürətli İnternet bağlantıları üçün infrastruktur planı təsdiqləsin.

Bu, Obamanın respublikaçıların nəzarətinə keçmiş Senat və Nümayəndələr Palatasında ilk illik çıxışı idi.

Respublikaçıların çoxu Obamanın yerli siyasətinə qarşı olduğunu dilə gətirib.

XS
SM
MD
LG