Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

Xarkovda partlayışda 12 nəfər yaralanıb


Xarkovda partlayış
Xarkovda partlayış

-

Ukraynanın Xarkov şəhərində məhkəmə binası yaxınlığında partlayış baş verib, 12 nəfər yaralanıb. Dördünün vəziyyəti ağırdır. SBU dövlət təhlükəsizlik xidmətinin məsləhətçisi Markiyan Lubkivsky facebook səhifəsində yazıb ki, yanvarın 19-da baş vermiş hadisəyə ""terror aktı" kimi baxılır.

Xarkov Ukraynanın şərqində böyük şəhərdir, ancaq Donetsk və Luqansk konflikt zonalarından uzaqdır. Buna baxmayaraq, son bir neçə həftədə ölkə ərazisində, xüsusilə də Xarkov, Odessa, Mariupol və Kiyevdə onlarla kiçik bomba partlayışı törədilib. Xarkov, Odessa və Mariupol rusiyapərəst separatçıların nəzarətində olan regionlara coğrafi baxımdan yaxındır. Bu şəhərlərdə etnik ruslar da çoxdur.

Rəsmilər və ukraynalıların çoxu bu hücumların Rusiyaya bağlı olduğuna inanır. Bu arada hökumət qüvvələri və separatçılar Donetsk aeroportuna nəzarət üstündə döyüşürlər.

XS
SM
MD
LG