Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:49

Rusiya Futbol Federasiyasının prezidenti Capelloya görə işdən gedə bilər


Nikolai Tolstykh
Nikolai Tolstykh

Rusiya Futbol Federasiyasının prezidenti Nikolai Tolstykh milli komandanın məşqçisi Fabio Capellonun maaşını vermədiyinə görə işdən azad oluna bilər.

Yerli KİV-lərin məlumatına görə, ölkənin müvafiq orqanı ötən ay bu məsələnin həll olunması üçün yanvarın 19-dək son vaxt qoyub.

68 yaşlı Capello ötən il federasiya ilə yeni müqavilə imzalayıb.

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında komandanı o çalışdıracaq.

Capello 6 aydan çoxdur ki, maaşını ala bilmir.

Hazırda federasiyanın maaşa görə ona 9 milyon dollardan çox borcu var.

Proqnozlara görə Futbol üzrə 2018-ci il dünya çempionatının təşkili Rusiyaya 14.4 milyard dollara başa gələcək.

Qərbin Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin kəskin düşməsi, əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

XS
SM
MD
LG