Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

AzadliqLive yanvarın 19-da

Rublun qiymətdən düşməyinin azərbaycanlıların sosial vəziyyətinə təsiri. İslam Dövləti təşkilatı azərbaycanlı komandiri edam edib. 20 yanvar faciəsinin 25 illiyi ərəfəsi Praqada Azərbaycan haqda sərgi açılır. Türkiyə yenə twittersiz qala bilər.

- CANLİ DİNLƏ -

- Rublun qiymətdən düşməyinin azərbaycanlıların sosial vəziyyətinə təsiri.

- İslam Dövləti yaraqlılarının azərbaycanlı komandiri edam edib.

- Belə getsə, dünya əhalisinin ən varlı 1 faizinin sərvəti qalan 99 faizin ümumi sərvətini ötüb keçəcək-Oxfam təşkilatının hesabatı.

- 20 Yanvar faciəsinin 25 illiyi ərəfəsi Praqada Azərbaycan haqda sərgi açılır.

- Türkiyə vətəndaşları yenə twittersiz qala bilərlər – Qərb mətbuatının icmalı.

Bu və digər mövzuları AzadlıqLive proqramında müzakirə edirik. Müzakirələrə sən də qoşul,

Və AzadlıqLİVE-də Günün sualı:
Rublun düşməyinin sizin gəlirlərinizə təsiri varmı? (Sorğuda iştirak üçün linki vur)

Proqramı yanvarın 19-da, axşam saat 8:00-dan 8:30-a qədər burada
-CANLİ DİNLƏ -

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

Yanvarın 19-u Çeçenistanın paytaxtı Qroznyda Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz mitinqi keçirilib. Ölkə başçısı Ramzan Kadyrovun sözlərinə görə «dinləri və millətləri bir-birinə qarşı qoyanlara layiqli cavab verməyə» bütün Şimali Qafqazdan milyon adam gəlməlidir.

Hövsanda etiraz aksiyası. 1 nəfər öldü

Hövsanda etiraz aksiyası
Hövsanda etiraz aksiyası

Yanvarın 19-da saat 10.30 radələrində Hövsandakı 118 saylı orta məktəbin yaxınlığına toplaşan sakinlər məktəb direktoru Qardaşxan Səlimovun işdən çıxarılmasını tələb ediblər. Onlar Qardaşxan Səlimovun direktor kimi fəaliyyət göstərdiyi müddətdə məktəbdə təhsilin keyfiyyətinin aşağı düşdüyünü, şagird və valideynlərin vaxtaşırı təhqir olunduğunu bildiriblər.

AzadlıqRadiosunun əməkdaşı Hövsandan- hadisə yerindən xəbər verir...

XS
SM
MD
LG