Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:31

Rublun düşməsindən 9 ölkə 10 milyard dollar itirə bilər


.

AzadlıqRadiosunun Bakı bürosunun ofisi möhürlənib, əməkdaşlar qapının kənarında qalıb. 26 dekabr 2014
AzadlıqRadiosunun Bakı bürosunun ofisi möhürlənib, əməkdaşlar qapının kənarında qalıb. 26 dekabr 2014

Vətəndaş cəmiyyətinə gizli hücum

"Keçmiş sovet məkanı və Yaxın Şərqdə vətəndaş cəmiyyətinə hücumların fonunda, Azərbaycan barədə təəccüblü dərəcədə az eşidirik. Bu ölkəni 2003-cü ildə prezidentliyi atası Heydərdən miras almış İlham Əliyev idarə edir". Jax Jacobsen eurasiareview.com-da dərc olunmuş, "Azərbaycanın vətəndaş cəmiyyətinə gizli hücumu" başlıqlı təhlilində belə yazır.

Müəllif AzadlıqRadiosunun Bakı ofisinin möhürlənməsindən, radionun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın həbsindən bəhs edir, ABŞ təşkilatlarının işinin getdikcə məhdudlaşdırıldığını qeyd edir.

"Vaşinqton İsmayılovanın həbsindən və digər jurnalistlərin qorxudulmasından "bərk narahatdır". ABŞ Dövlət Departamenti dekabrın 10-da belə bir bəyanat verib, ancaq bundan artığını deyə bilməyib.

Birləşmiş Ştatların Əliyev rejimini açıq tənqid etməklə bağlı tərəddüdünün bir səbəbi enerji siyasəti ola bilər: Azərbaycan böyük qaz istehsalçısıdır və son bir neçə ildə Azərbaycan qazını Avropaya daşıyacaq kəmərlə bağlı danışıqlar gedir. Avropa Birliyi də Birləşmiş Ştatlar kimi Rusiyadan neft və qaz asılılığını azaltmaq istəyir, alternativ mənbə üçün Türkmənistan, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ehtiyatları Rusiya ilə müqayisədə azdır" - deyə müəllif yazır.

Arxiv fotosu: Moskvada miqrant fəhlələr.
Arxiv fotosu: Moskvada miqrant fəhlələr.

Rusiyada rubl böhranının 9 ölkəyə təsiri

The Guardian yazır ki, rublun düşməsi nəinki Qafqaz və Orta Asiyadan olan fəhlələrin pul göndərişlərini azaldıb, həm də siyasi itaətsizliyə gətirə bilər:

"Rusiyada rubl böhranı cənub qonşuları üçün böyük təhlükə yaradır. Bu ölkələrin iqtisadiyyatı Rusiyada çalışan vətəndaşlarının göndərdikləri puldan çox asılıdır. Artıq miqrantlar Rusiyada qalıb çörəkpulu qazanmaqdan çəkinməyə başlayıblar.

Moskvanın şimalında maşın təmiri zavodunda işləyən Əziz deyir ki, burada işləmək naminə ailə qura bilməyib, normal həyatını qurban verib. Ancaq indi evə ayda ancaq bir neçə yüz dollar göndərə bilir . O, Özbəkistanın Fərqanə vilayətində yaşayan valideynlərinə, bacılarına ayda təxminən 712 manat göndərir. İndi isə həmin pulun yarısını qazana bilir. "Burada qalmağımın tək səbəbi pul idi. İndi məncə, evə dönmək vaxtıdır," Əziz deyir.

The Guardian yazır ki, Əziz ölkəsinə dönmək istəyən tək miqrant deyil. Üstəlik hökumət miqrantlar üçün iş icazəsi almaq qaydalarını da sərtləşdirib. Ancaq bu tendensiya Rusiyanın özünə də problem yarada bilər. Mühacir əməyindən asılı olan bu ölkə 2018-ci ildə Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşır və nəhəng tikinti layihələri həyata keçirəcək.

The Guardian Dünya Bankının rəqəmləri əsasında bildirir ki, Rusiyadan gələn nağd pul göndərişlərindən asılı olan doqquz ölkə rublun zəifləməsi ucbatından 2015-ci ildə ümumilikdə 10 milyard dollar itirə bilər.

Dünya Bankının hesablamalarına görə, aşağıda göstərilən ölkələrin iqtisadiyyatının xaricdən göndərilən puldan asılılıq dərəcəsi belədir:

Bunlar dünyada ən yüksək göstəricilərdir və bu ölkələrdən çoxuna pul göndərişlərinin böyük hissəsi Rusiyadan gəlir. Qəzetin yazdığına görə, rublun kursunda kəskin düşmə artıq Türkmənistanda devalvasiyaya səbəb olub və Qazaxıstanda da eyni proses gözlənir.

Bir məqam da vurğulanmalıdır ki, bunlar hələ bank transferlərinə əsaslanan rəsmi rəqəmlərdir. Miqrantların özləri və ya dostları vasitəsilə göndərdikləri məbləğ isə daha artıqdır.

Rublun zəifləməsinin ən az təsiri Baltik ölkələrində hiss olunacaq. Ən çox ziyanı isə Orta Asiya ölkələri görəcək.

"Neft və rubl düşməkdə davam etsə, miqrantlar geri dönməyə başlayacaqlar," bunu fergana.ru xəbər portalının rəhbəri Daniil Kislov deyir. "Rusiyada 2.4 milyon özbək miqrant var və bu ancaq rəsmi rəqəmdir. Onlar və ailələri Rusiyada qazanılan puldan asılıdır. Əslində Rusiya Özbəkistan və Tacikistanı inqilabdan xilas edib. Bu qədər adam geri dönsə, sosial partlayış baş verər. Bu gün olmasa da, bir, iki ya beş ildən sonra".

Arxiv fotosu:
Arxiv fotosu:

Türkiyə hökuməti tvitteri kəsməklə hədələyir

Türkiyə vətəndaşları yenə twitter-siz qala bilərlər. The New York Times yazıb ki, hökumət ölkə daxilində tvitteri bloklayacağı ilə hədələyib. Gizli hökumət təhqiqatının detallarını dərc etmiş qəzetin hesabının bağlanması tələb olunur.

Türkiyə məhkəməsi qərar çıxarıb ki, media Türkiyə Kəşfiyyat Agentliyinə polis reydi barədə sənədləri dərc edə bilməz. Səbəb də milli təhlükəsizlik göstərilib. Facebook, Twitter, və Google qərara əməl edib, ancaq BirGun qəzeti tvitter hesabında reydin detallarını yaymaqda davam edir.

Twitter qəzetin yaydığı sənədlərin fotolarını bloklayıb, ancaq BirGun-ın hesabı bağlanmayıb.

Türkiyə hökuməti öncə də sosial mediaya senzura tətbiq etməyə cəhd göstərib. 2014-cü ilin martında twitter-i bloklayıb. Səbəb istifadəçilərin Baş nazir Recep Tayyip Erdogan hökumətində korrupsiyanı ifşa edən YouTube videosunun linkini paylaşması olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG