Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:38

AB xarici işlər nazirləri görüşür


-

Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 19-da Brüsseldə görüşür. Onlar Avropa qitəsində təhlükəsizlik sarıdan artan narahatlığı müzakirə edəcəklər.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ötən həftə deyib ki, görüşdə Ukraynanın şərqində "Rusiya siyasətində dəyişikliyə nail olmaq üçün" mümkün addımlar müzakirə olunacaq. Rusiyayönlü separatçılar Ukraynanın hökumət qüvvələri ilə bir ilə yaxındır münaqişə aparır.

AzadlıqRadiosunun gördüyü sənəddə deyilir ki, nazirlər Rusiya ilə "selektiv və tədricən yenidən birgə işləməyin mümkün elementlərini" götür-qoy edəcək. Birgə narahatlıq sahələrinin adları da çəkilir – Suriya, İraq və İslam Dövləti (İD) silahlı qruplaşmasının yaratdığı təhlükə.

Ayın əvvəlində Parisdə terror hücumları törədilib, ötən həftə isə Belçikada cihadçı yuvasına reyd keçirilib. Suriya və İraqdan qayıdan avropalıların potensial təhlükəsi sarıdan narahatlıq artıb.

XS
SM
MD
LG