Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:14

İranın nüvə danışıqları "məhdud" irəliləyişlə bitir


Bushehr nüvə zavodunda
Bushehr nüvə zavodunda

-

Yanvarın 18-də Cenevrədə İran və 6 dövlət arasında nüvə danışıqları "məhdud" irəliləyişlə bitib. Bunu diplomatlar deyir. İran və P5+1 qrupu (Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar üstəgəl Almaniya) Avropa Birliyinin diplomatik missiyasında görüşüblər.

İran nümayəndə heyətinin rəhbəri Abbas Aragchi deyib ki, danışıqlar "faydalı" olub, ancaq "irəliləyişdən danışmaq hələ çox tezdir".

Çin təmsilçisi Wang Qun-un sözlərinə görə, danışıqların növbəti raundu fevralın əvvəlinə təyin olunub, ancaq hələlik yeri barədə qərar verilməyib.

Məqsəd Tehranın nüvə proqramını məhdudlaşdırmaq, əvəzində beynəlxalq sanksiyaları yumşaltmaqdır. ABŞ konqresmenləri İranın nüvə proqramına dair iyunun 30-dək razılaşma əldə olunmasa, yeni sanksiyalar təklif ediblər. Ancaq Prezident Barack Obama Konqresi yeni sanksiyalardan çəkinməyə çağırıb, deyib ki, danışıqlar gedən bir vaxtda hər hansı oxşar qanun layihəsinə veto qoyacaq.

XS
SM
MD
LG