Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 20:36

Sinaqoqları ordu qoruyacaq


Belçika əsgəri Brüsseldəki ABŞ səfirliyini qoruyur.

Belçikanın Brüssel və Antverpen şəhərlərində yəhudi məktəblərini və sinaqoqları ordunun xüsusi elit bölmələri qoruyacaq.

Radikal islamçılardan gələ biləcək terror təhlükəsi artdığı üçün belə tədbirlər görülür.

İndi Belçika üzrə anti-terror əməliyyatları keçirilir. Parisdəki terrora bənzər hücumlar hazırladığı deyilən iki şəxs öldürülüb.

Fransa paytaxtında Məhəmməd peyğəmbərin karikaturasını çap etmiş "Charlie Hebdo" jurnalına və yəhudiyə məxsus dükana hücumdan sonra Avropa ölkələrində yeni terror dalğasının önlənməsi üçün tədbirlər görülür.

XS
SM
MD
LG