Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Peşavər məktəbindəki qətliamda şübhəli bilinən 5 nəfər həbs olunub


Peşavər məktəbi.
Peşavər məktəbi.

Əfqanıstan rəsmilərinin verdikləri məlumatlara görə ötən ay Pakistanda Peşavər məktəbinə edilmiş qanlı basqınla əlaqədar 5 nəfər şübhəli həbs edilib.

Həmin terror aktı zamanı əksəriyyəti məktəblilələr olmaqla 148 nəfər öldürülmüşdü.

Rəsmilər bildiriblər ki, bu şəxslərin Peşavər şəhərindəki Ordu Orta Məktəbinə basqında iştirak etdikləri düşünülür.

Xəbər verilir ki, hamısı əcnəbi olan bu beş nəfər Əfqanıstanın Pakistanla şərq sərhəd bölgəsində həbs edilib.

Ötən dekabrın 16-da törədilmiş qətliam üçün məsuliyyəti öz üzərinə həm Əfqanıstan, həm də Pakistanda fəal olan Taliban götürüb.

XS
SM
MD
LG